İstefa verən Mədət Quliyevin yerinə o seçildi

Azərbaycan Velosiped Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.
Federasiya prezidenti Mədət Quliyev istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Velosiped Federasiyasının rəhbərliyinə seçki keçirilib. “Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov federasiyanın prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.