Nərimanov rayon icra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu

Nərimanov icra hakimiyyətində 20 min manat rüşvət alınması ilə bağlı videogörüntülər yayımlanıb.
Barometr.tv bir neçə il öncə Nərimanov rayon icra hakimiyyətində işləyən Nurlan adlı vəzifəli şəxsin vətəndaşdan "naves” tikintisi üçün rüşvət alması görüntüsünü yayıb.
Kadrda "naves" tikintisi ilə bağlı yüngül konstruksiyalarla kabinetlərin quraşdırılması üçün danışıq aparılır. Vətəndaş bildirir ki, Xal-xal qabaqdadır deməyə aydın olur ki ( Nərimanov rayonu Əhməd Rəsəbli küçəsində yerləşən Xal-xal restoranı) nəzərdə tutulur deyə söhbət aparılır.
Videoda aydın eşdidilir ki, 20-də gətirdim, oldu 100 deyə vətəndaş bildirir. Onda gedim eskizi çəkdirim, gətirəcəm deyə otaqdan çıxır.
Xatırladaq ki, 2005-ci ildən 2022-ci ilə qədər Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev olub.
Hal-hazırda Abdin Fərzəliyev Abşeron rayon icra hakimiyyətinin başçısıdır.
Videoda Nurlan adı ilə görüntüsu yayımlanan şəxsin isə Abdin Fərzəliyevin yaxın adamı, Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçisi Nurlan Həsənovun olduğu iddia edilir.