İsrail Dəməşqdə Prezident Sarayının yaxınlığındakı hədəfi vurub

May 2, 2025 - 11:19
İsrail Dəməşqdə Prezident Sarayının yaxınlığındakı hədəfi vurub

İsrail Müdafiə Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə Prezident Sarayının yaxınlığındakı hədəfə hücum edib.

Yeniavaz.com “Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats yaydıqları birgə bəyanatda bildiriblər.

Netanyahu və Kats bəyanatda bu hücumu “Suriya rejiminə açıq siqnal” adlandırıblar.

“Bu, Suriya rejiminə açıq siqnaldır. Biz Dəməşqin cənubuna qoşun göndərilməsinə və ya druz icması üçün hər hansı təhlükə törədilməsinə icazə verməyəcəyik”, - bəyanatda qeyd edilib.