“Deyirəm ki, sən diktatorsan, amma problem deyil”

ABŞ Prezidenti Donald Tramp avtokratları və despotları Oval Ofisdə qəbul etdiyini və onlara diktator olduqlarını dediyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Tramp bu sözləri cümə axşamı Ağ Evdə keçirilən Milli Dua Günü tədbirində bildirib.
“Mən insanları Oval Ofisə aparıram. Şahzadələri, kralları, kraliçaları, prezidentləri, baş nazirləri… Və bir də bir neçə diktatoru… Ancaq onlar bunu demirlər. Deyirlər ki, yox, mən baş nazirəm, ya da prezidentəm. Mən isə deyirəm ki, yox, sən diktatorsan, amma problem deyil”, - deyə Tramp bidirib.
Qeyd edək ki, Tramp son aylarda Ukrayna Prezidenti Volodimir Zelenski haqqında sərt açıqlamalar vermiş və onu diktator adlandırmışdı.