Əvəz Zeynallı müalicə üçün Türkiyəyə gedəcək

Apr 30, 2025 - 12:50
Əvəz Zeynallı müalicə üçün Türkiyəyə gedəcək

Məlum olduğu kimi, “Xural” internet televiziyasının həbsdən yeni buraxılmış rəhbəri Əvəz Zeynallının səhhətində ciddi problemlər var.

Jurnalistin həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkə hesabında bildirib ki, hazırda onlar həkim-mütəxəssislərlə məsləhətləşmələr aparır.

“Bəzi detallar müəyyənləşən kimi müalicə üçün ölkəmizdən kənara - böyük ehtimalla Türkiyəyə yollanacağıq”, - Məlahət Zeynallı bildirib.