İntiqam Babayevə Mədəniyyət Nazirliyində yüksək vəzifə verildi

İntiqam Babayev Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyin edilib.
Bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Qeyd edək ki, İ. Babayev 2000-2021-ci illərdə gənclər və idman nazirinin müavini işləyib. 2022-ci ilin dekabrından 2023-cü ilin aprelinə qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparat rəhbərinin müavini olub. Daha sonra sözügedən qoruğun Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edib.