Dövlət Kukla Teatrında nə baş verir?

Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə ötən həftə nazirliyin strukturunda bir sıra kadr dəyişikliyi baş verdi. Belə ki, Azərbaycan Dövlət Mahnı Teatrının və Dövlət Akademik Musiqili Teatrının direktorları vəzifələrindən azad edildi.
Qlobal.az Mədəniyyət nazirliyində aparılan islahatlarla bağlı məlumatlar əldə edib.
Məlumata görə sözügedən direktorların vəzifədən azad edilmələrinin əsl səbəbi ciddi maliyyə mənimsəmələridir.
Belə ki, hər iki teatrın həyata keçirdiyi satınalmalarda və teatrın səhnə aksesuarlarının hazırlanması prosesində ciddi maxinasiya halları aşkarlanıb.
Qlobal.az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə Adil Kərimlinin kadr dəyişiklikləri davamlı olacaq.
Rəşad Əhmədzadə
Əldə etdiyimiz məlumata audit aparılan teatrlardan biri də Azərbaycan Dövlət Kukla Teatrıdır.
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin də yaxın zamanlarda işdən alınacağı ehtimal edilir.
Buna səbəb isə teatrda davamlı durğunluq, maliyyə məsələlərindəki qeyri-şəffaflıqdır.
Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən bəzi teatrlarda maliyyə maxinasiyası olan sahələrdən biri səhnə tərtibatı, dekorasiyaların hazırlanması prosesidir.
Rəsmi sənədlərdə səhnə tərtibatlarına, dekorasiyalara, kostyum və qrimlər üçün böyük həcmdə vəsaitlər xərclənsə də, əslində istifadəyə yararlı olmayan materiallar, paltar və digər ləvazimatlar istifadədən çıxarılmadığı deyilir.
Məsələni diqqətdə saxlayacaq.