Çempionlar Liqasının yarımfinalında 6 qollu fantastik gecə – Video

May 1, 2025 - 10:20
Çempionlar Liqasının yarımfinalında 6 qollu fantastik gecə – Video

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda İspaniya ikincisi “Barselona” İtaliya çempionu “İnter”i qəbul edib.

Oyunun 30-cu saniyəsində İtaliya təmsilçisinin fransalı hücumçusu Markus Tyuram hesabı açıb.
21-ci dəqiqədə hollandiyalı müdafiəçi Denzel Dumfriz qonaqların növbəti qolunu vurub.

24-cü dəqiqədə “Barselona”nın 17 yaşlı cinah hücumçusu Lamin Yamal hesabı azaldıb – 1:2. 38-ci dəqiqədə ispaniyalı hücumçu Ferran Torres Kataloniya komandasının ikinci qolunu vurub.

Denzel Dumfriz 64-cü dəqiqədə dubl edərək “İnter”i hesabda yenidən önə keçirib. Bir dəqiqə sonra isə braziliyalı hücumçu Rafinyanın zərbəsi qapı tirindən qayıdaraq “İnter”in isveçrəli qapıçı Yan Sommerə dəyib və toru silkələyib – 3:3.

Görüş bu hesabla başa çatıb.

Qeyd edək ki, cavab oyunu mayın 6-da baş tutacaq.