Yenidən Baş prokuror təyin edilməsinə razılıq verildi

May 1, 2025 - 13:00
Yenidən Baş prokuror təyin edilməsinə razılıq verildi

Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.