“Bu məlumatları naməlum şəxslərə verməyin” – DİN-dən xəbərdarlıq

Apr 30, 2025 - 12:58
“Bu məlumatları naməlum şəxslərə verməyin” – DİN-dən xəbərdarlıq

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Aprelin 29-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 14900, 6900, 2997, 1863, 1600, 1530, 1000, 1000, 1000, 999, 360, 346, 300, 268, 212, 188, 100, 100, 100, 88, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”, - məlumatda deyilir.

Növbəti dəfə vətəndaşlara şəxsi bank məlumatlarının naməlum şəxslərə verilməməsi ilə bağlı xəbərdarlıq olunub:

“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.