Ağcabədidə ağır yol qəzası: İki hərbçi həyatını itirdi

May 1, 2025 - 10:18
Ağcabədidə ağır yol qəzası: İki hərbçi həyatını itirdi

Ağcabədidə ağır yol qəzası olub, iki nəfər ölüb.

AzToday.org “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

“Belə ki, hərəkətdə olan “Vaz 2106” markalı 10-CM-225 dövlət nömrə nişanlı avtomobil traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib”, - sayt yazır.

Sözügedən şəxslərin hərbçi olduğu bildirilir.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.