Əhalinin xərcləri gəlirlərindən 4 manat 31 qəpik çox olub – Rəsmi

Ötən il Azərbaycanda adambaşına düşən aylıq gəlir 359 manat 21 qəpik olub.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə adambaşına düşən aylıq gəlir 4,7% artıb.
Məlumat üçün bildirək ki, ötən il əhalinin istehlak xərcləri gəlirlərindən çox olub. Belə ki, 2024-cü ildə adambaşına düşən aylıq istehlak xərci 363 manat 52 qəpik təşkil edib.
Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, əhalinin aylıq istehlak xərcləri onların aylıq gəlirlərindən 4 manat 31 qəpik çox olub.