“İmamoğlu işi” çərçivəsində daha 18 nəfər həbs edildi

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya əməliyyatlarının ikinci dalğası çərçivəsində daha 30 nəfər saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.
Yeniavaz.com TRT-yə istinadən xəbər verir ki, hakim 18 şübhəlinin həbsinə qərar verib.
Bildirilib ki, daha 12-si barəsində müxtəlif məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğu həbs edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla, şübhəlilər barəsində başladılan korrupsiya, “rüşvətxorluq”, “fırıldaqçılıq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tenderin saxtalaşdırılması” istintaqı çərçivəsində 53 şübhəli barəsində həbs qətimkan tədbiri seçib.