“Qızıl topu” asanlıqla ala bilərdim – “Neftçi”nin sabiq baş məşqçisi

Mar 28, 2025 - 09:23
“Qızıl topu” asanlıqla ala bilərdim – “Neftçi”nin sabiq baş məşqçisi

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu hesab edir ki, “Qızıl top”u qazana bilərdi.

Aut.az xəbər verir ki, Mutu öz səhvləri ucbatından karyerasının uğursuz olduğunu etiraf edib

“Bu barədə dəfələrlə düşünmüşəm. Düşünürəm ki, bir neçə mövsüm dünyanın ən yaxşı oyunçularından biri olmuşam, ona görə də “Qızıl top”u asanlıqla ala bilərdim.

Amma səhv qərarlarım bunu mane oldu. Çalışıram ki, buna görə özümü ittiham etməyim”, – “Çelsi”, “Yuventus” və “Fiorentina”nın keçmiş hücumçusu deyib.