Argentina Braziliyanı darmadağın etdi: İki tarixi rekorda imza atdı

Argentina millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində öz meydanında Braziliya millisini 4:1 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, bu qələbə sayəsində Argentina dünya çempionatının seçmə mərhələsində “pentakampeonlar”la qarşıdurmada iki tarixi rekorda imza atıb.
Bu barədə “MisterChip” “X” sosial şəbəkəsində məlumat verib. Argentina Cənubi Amerikada seçmə mərhələlər tarixində Braziliya ilə hər iki matçda qalib gələn ilk komanda olub. Bundan əlavə, “albiseleste” dünya çempionatının seçmə turnirləri tarixində Braziliyaya dörd qol vuran ilk komanda olub.