Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, görüşdə Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, eləcə də regional və qlobal məsələlər müzakirə edilib.
“Prezident Ərdoğan görüş zamanı Türkiyə ilə Rusiya arasında əməkdaşlığın regional problemlərin həllində mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, Türkiyənin Rusiya ilə Ukrayna arasında davam edən, müharibəyə son qoyulması üçün başladılan prosesi yaxından izlədiyini, davamlı sülhün təmin olunması üçün Türkiyənin hər cür dəstəyə, o cümlədən sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib”, - TRT-nin məlumatında deyilir.
Qeyd olunub ki, prezidentlər həmçinin Suriyada baş verən prosesləri də müzakirə ediblər.