Mirvari Qəhrəmanlı prokurorluğa çağırıldı

Daha bir QHT rəhbərinin Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb edildiyi iddia edilir.
Bu barədə APA məlumat yayıb.
Bildirilib ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dindirilmək üçün prokurorluğa dəvət olunub.
Mirvari Qəhrəmanlı sayta açıqlamasında deyib ki, o, bu haqda məlumat vermək istəmir.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.