Paşinyandan İlham Əliyevə Novruz sürprizi

"Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən Azərbaycan Prezidenti İlham Əliyevə təklif edirəm ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması ilə bağlı məsləhətləşmələrə başlayaq."
AzToday.org xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan özünün Telegram səhifəsində yazıb.
Bu gün səhər saatlarında sülh təklifi ilə çıxış edən Ermənistan rəhbərinin açıqlamalarına rəsmi Bakının cavab verəcəyi gözlənilir.