Ermənilər mövqelərimizi atəşə tutmağa davam edir

Mar 19, 2025 - 09:56
Ermənilər mövqelərimizi atəşə tutmağa davam edir

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub”, - nazirliyin məlumatında deyilir.