“Barselona”nın futbolçusunu “Qızıl top”a əsas namizəd hesab edir

Mar 20, 2025 - 09:24
“Barselona”nın futbolçusunu “Qızıl top”a əsas namizəd hesab edir

“Barselona”nın müdafiəçisi Pau Kubarsi komanda yoldaşı Rafinya Diası hazırda “Qızıl top”a əsas namizəd olduğunu hesab edir.

Aut.az xəbər verir ki, o, bunu “Mundo Deportivo”ya açıqlamasında deyib.

“Hazırda mövsümə və işlərin necə getdiyinə əsaslanaraq, Rafinya deyərdim. Lamin Yamal etiraz edirmi? Lamin məni başa düşəcək. Yəqin ki, o da Rafinya deyəcək”.

Qeyd edək ki, 28 yaşlı braziliyalı futbolçu bu mövsüm 42 matçda 27 qol vurub, 20 məhsuldar ötürmə edib və “Barselona” daxil olduğu bütün turnirlərdə qələbə uğrunda mübarizəni davam etdirir.