Bu adam gülüş obyektidir – Arda Soboslaya belə cavab verdi

Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Gülər Macarıstan yığmasının üzvü Dominik Soboslaya cavab verib.
Aut.az xəbər verir ki, “Liverpul”un futbolçusu Millətlər Liqasında Türkiyənin qələbəsi ilə başa çatan oyundan sonra Gülərin barmağını dodaqlarına aparan şəklinin altına türk yarımmüdafiəçinin “Real”dakı oyun dəqiqələrinin sayını yazmışdı.
“Bu adam gülüş obyektidir. Onun ağzını bağlamaq üçün altı qol kifayət deyilmi? – Gülər sosial şəbəkədəki səhifəsində yazıb.
Futbolçu bununla da UEFA Millətlər Liqasının pley-off mərhələsində Türkiyənin Macarıstana iki oyunda vurduğu qolların sayına eyham vurub.