Holanddan yeni rekord

Nov 10, 2024 - 16:36
Holanddan yeni rekord

"Mançester Siti"nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Fanat.az Britaniya mətbuatına istinadən xəbər verir ki, norveçli forvard buna XI turda "Brayton"la oyunda fərqlənməklə nail olub.

23-cü dəqiqədə adını tabloya yazdıran forvard Premyer Liqa tarixində 75 qola ən tez çatan oyunçudur. Norveçli futbolçu bunu 77 matçda bacarıb.

Qeyd edək ki, "Mançester Siti" səfərdə "Brayton"a uduzub - 1:2.