"Azərizolit" MMC-də nə baş verir? - Ötən il işdən çıxarılan direktor yenidən vəzifəyə qaytarıldı

Mar 24, 2025 - 13:05
"Azərizolit" MMC-də nə baş verir? - Ötən il işdən çıxarılan direktor yenidən vəzifəyə qaytarıldı

 Dövlətə məxsus "Azərizolit" MMC-nin direktoru Şaiq İsmayılov vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik Yeganə Nuruyevaya həvalə olunub.

O, bundan əvvəl də - 2024-cü ilin fevral ayına qədər "Azərizolit"ə rəhbərlik edib.

Nizamnamə kapitalı 10 milyon manata yaxın olan "Azərizolit" 2023-cü ilin avqust ayına qədər "ASK İzolit" adı ilə fəaliyyət göstərib. "ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən "Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Müəssisə elektroizolyasiya materialları istehsal edir.