Ərdoğan: Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir

Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqalada Amfibiya Korpusu Komandanlığının şəxsi heyətinə müraciətində deyib.
O bildirib ki, Türkiyə Suriya və İraqda terrorla mübarizə aparır: "Eyni zamanda biz Albaniya, Liviya, Azərbaycan, Qətərdə sülh və təhlükəsizliyin təsis olunmasına töhfə veririk”.(report.az)