İmamoğluyu müdafiə edən vəkil də saxlanıldı

Mar 28, 2025 - 11:52
İmamoğluyu müdafiə edən vəkil də saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunmuş sədri Əkrəm İmamoğlunun vəkili də saxlanılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İmamoğlunun vəkili Mehmet Pəhlivan saxlanılaraq polis idarəsinə aparılıb.

Həbsdə olan Əkrəm İmamoğlu da sosial şəbəkə hesabları vasitəsilə müraciət yayaraq vəkilinin dərhal azadlığa buraxılmasını tələb edib.

M. Pəhlivanın hansı səbəblə saxlanıldığı açıqlanmayıb.

Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.

Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda gemişmiqyaslı etiraz aksiyaları keçirilir.