Rəsmi statistika Azərbaycan hakimiyyətini ifşa etdi: Biabırçı mənzərə rəqəmlərdə

Azərbaycan post-sovet ölkələtrinə (Gürcüstan xaric) neft-qaz satmır, və ya, az həcmli neft məhsulları satır.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ölkə iqtisadiyyatının mövcud durumunu şərh edərkən deyib.
Onun sözlərinə görə, son iki ayın statistik göstəriciləri ölkə iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu göstərir:
2025-ci ilin yanvar-fevral ayları ilə bağlı idxal-ixrac rəqəmləri açıqlanıb, mənzərəni sizə göstərim, görün ölkə iqtisadiyyatı nə gündədir: 1) Rusiya – ixracımız cəmi 151 mln. dollar olub, Rusiyadan ölkəyə ixrac 847 mln. dollar, 2) Qazaxıstan – ixrac 12,2 mln. dollar olub, idxal 59,7 mln. dollar, 3) Belarus – ixrac 10,7 mln. dollar, idxal 55,6 mln. dollar, 4) Özbəkistan – 5,5 mln. dollar ixrac, idxal 59,5 mln. dollar (qeyd edim ki, Özbəkistanın bizim ölkəyə ixracı 2024-cü ilin ilk 2 ayı ilə müqaisədə 3 dəfə (!!!) artıb), 5) Türkmənistan – ixrac 6,7 mln. dollar, idxal 43,8 mln. dollar, 6) Qırğızıstan – ixrac 800 min (bəli, min) dolar, idxal 2 mln. dollara yaxın.
Mənzərə belədir, post-sovet ölkələrinə ticarət saldosunda 6-0 uduzuruq, keçmiş post-sovet ölkələrinə heç nə istehsal edib sata bilmirik, neft-qaz ayıbımızı ümumən örtür, amma neft hasilatı və qiyməti düşür, qaz gəliri neft gəlirini əvəz edə bilmir-bilməyəcək, deməli bir müddət sonra ayıb yerlərimiz çöldə qalacaq, neft-qaz o yerləri örtə bilməyəcək.
İstənilən hökumət üçün bu mənzərə utancverici olmalıdır, iqtisadi komandanın isə heç vecinə də deyil, rəqəmsiz, sübutsuz danışırlar, istənilən statistika isə özlərinə qarşı olur, sözlərini boşa çıxardır – çünki, iqtisadiyyatda bəyanatlar deyil də, rəqəmlərin dili önəmlidir...