Mask Azərbaycanla bağlı paylaşım etdi – Foto

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri istifadəyə verilib.
Yeniavaz.com xəbər verir ki, “Space X”in sahibi, amerikalı milyarder İlon Mask bununla bağlı “X” sosial şəbəkə səhifəsində paylaşım edib.
“Starlink” indi Azərbaycandadır” - deyə Mask yazıb.
Qeyd edək ki, “Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissələri, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.
Xatırladaq ki, “Starlink” İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır.