Ançelotti Arda haqda danışdı: O, sadəcə yaxşı yarımmüdafiəçi deyil…

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının yarımmüdafiəçisi Arda Gülər haqda danışıb.
Aut.az xəbər verir ki, italyan mütəxəssis türkiyəli futbolçunu xeyli tərifləyib:
“Arda çox yaxşı irəliləyir. Bu daha nəzərə çarpır. Gələcəkdə onun rolu daha da böyük olacaq. O, oyununda keyfiyyət göstərir və daha ardıcıldır. Düşünürəm ki, Arda sadəcə yaxşı yarımmüdafiəçi deyil, fantastik oyunçu olacaq. O, “Real”ın gələcəyi üçün çox vacib oyunçu olacaq. Çünki yarımmüdafiədə belə profili olan oyunçular azdır”.