Anar İsgəndərov Lənkəranda seçiciləri ilə görüşdü (FOTO)

May 4, 2025 - 12:28
Anar İsgəndərov Lənkəranda seçiciləri ilə görüşdü (FOTO)

Deputat Anar İsgəndərovun 2025-ci il mayın 3-də 78 saylı dairəyə daxil olan Digah və Şiləvar kəndlərinin seçiciləri ilə görüşü olub.

Görüşdə Lənkəran şəhər İcra Hakimiyyəti ərazi idarəetmə və yerli özünu idarəetmə  şöbəsinin müdiri Kənan Qasımzadə, şöbənin əməkdaşı Zaur Mehrəliyev, icra nümayəndəsi Rüfət Feyzullazadə, bələdiyyə sədri Natiq Babayev və deputatın köməkçisi Valeh Mikayılov iştirak edib.

Görüş Şiləvar tam orta məktəbinin iclas zalında keçirilib. Görüşdə şəhid ailələri, qazilər, hər iki kəndin ziyalıları iştirak edib. Ziyalılar dövlətimizin 44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən söz açaraq qeyd ediblər ki, bu qələbənin əldə  edilməsində bütün Lənkəran, o cümlədən Digah və Şiləvardan olan gənclər də böyük qəhrəmanlıq göstəriblər. Digah və Şiləvar kəndləri Qarabağ döyüşlərində on bir nəfər şəhid verib. Hər bir şəhid ailəsi dövlətin qayğısını yaxından hiss edirlər. 

Hər iki kəndin məişət qayğıları ilə bağlı bir neçə məsələ müzakirə olunaraq əlaqədar təşkilatlara məktubların göndərilməsi qərara alınıb. 

Görüşdə həmçinin, ümummilli lider Heydər Əliyevin haqqında kənd ziyalıları şirin xatirələrini söyləyiblər.  Ümummilli liderin Lənkərana böyük məhəbbətindən danışan sakinlər Heydər Əliyevin rayona səfərlərini  xatırlayıblar.

Bir saatdan artıq davam edən görüşdə maraq doğuran məsələlər müzakirə olunub.