“Traktor” ilk dəfə İran çempionu oldu

May 3, 2025 - 09:13
“Traktor” ilk dəfə İran çempionu oldu

Təbrizin “Traktor” klubu futbol üzrə İran çempionatının qalibi olub.

Klub Qəzvinin “Şəms Azər” komandasını 4:0 hesabı ilə məğlub edib.

Oyunda Domaqoy Drojdek (1-ci və 30-cu dəqiqələr), Əmirhüseyn Hüseynzadə (8-ci dəqiqə) və Rikardo Alveş (11-ci dəqiqə, penalti) fərqləniblər.

Bununla da, ilk dəfə İran çempionatının qalibi olan “Traktor” xallarını 64-ə çatdıraraq sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.