Azər Badamov Moskva aeroportunda saxlanılıb, deport edilir

Milli Məclisin deputatı Azər Badamovun Moskvada hava limanında saxlanıldığı və ona Həştərxan reysinə minməyə icazə verilmədiyi bildirilir.
Bu barədə APA məlumat yayıb.
Bildirilib ki, o, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanan heyətin tərkibində olub.
“A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görə Rusiyaya girişinə qadağa qoyulduğu ehtimal edilir. Hazırda Azər Badamov təyyarədədir və geri qayıdır”, - agentliyin məlumatında deyilir.
Qeyd olunur ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyeva media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu qara siyahıya salmış ola bilər.