Netanyahu Azərbaycana səfərini təxirə saldı

“İsrailin Baş naziri Benyamin Netanyahu regionda baş verən hadisələrlə əlaqədar Azərbaycana mayın 7-dən 11-dək baş tutmalı olan səfərini təxirə salmaq qərarına gəlib”.
Yeniavaz.com “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin dəftərxanası məlumat yayıb.
“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin siyasi hadisələrin sıx qrafiki və təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Netanyahu Azərbaycana səfərinin vaxtını dəyişdirmək qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edir və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirir”, - məlumatda deyilib.
Xatırladaq ki, daha öncə Türkiyə XİN-in sözcüsü Netanyahunun təyyarəsinə Türkiyə hava məkanından istifadə etməyə icazə verildiyi iddialarını təkzib edib.