"Rodri "vau" dedirdəcək nəsə etməyib" - Kərim Benzema

"Real Madrid"in sabiq hücumçusu, hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"ın formasını geyinən Kərim Benzema "Qızıl top" mükafatını Vinisius Juniorun deyil, Rodrinin qazanmasına münasibət bildirib.
Fanat.az xəbər verir ki, "El Chiringuito" onun sözlərini belə çatdırıb:
"Vini ilə danışdım. O, çox üzgündür. Çünki "Qızıl top"a layiq idi. Rodriyə qarşı deyiləm, yaxşı futbolçudur. Amma mən divanda oturub televizorda futbola baxanda "vau" dedirdəcək nəsə etməyib".