Tramp Obamaya qarşı üçüncü müddətə namizəd olmaq istəyir

Apr 1, 2025 - 08:06
Tramp Obamaya qarşı üçüncü müddətə namizəd olmaq istəyir

ABŞ Prezidenti Donald Tramp növbəti seçkilərdə 2009-cu ildən 2017-ci ilə qədər dövlət başçısı olmuş Barak Obamaya qarşı məmnuniyyətlə mübarizə aparacağını bildirib.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

O, növbəti seçkilərdə namizədliyini irəli sürmək imkanı barədə hələlik ciddi düşünmədiyini bildirib.

"Mən bu məsələni heç vaxt araşdırmamışam. Deyirlər, bunun bir yolu var, amma mənim xəbərim yoxdur", - Tramp qeyd edib.

Trampdan həmçinin, yeni seçki yarışında Demokratlar Partiyasından olan rəqibi ABŞ-nin 44-cü prezidenti Barak Obama olsaydı, özünü necə hiss edəcəyini soruşublar: "Çox istərdim. Yaxşı olardı".