“Putinin verdiyi sözdən dönməyəcəyinə əminəm” – Tramp

Mar 31, 2025 - 10:06
“Putinin verdiyi sözdən dönməyəcəyinə əminəm” – Tramp

“Mən, şübhəsiz ki, Rusiyaya ikinci dərəcəli rüsumlar tətbiq etmək istəməzdim, amma tətbiq edilsəydi, bu, onlar üçün yaxşı olmazdı”.

Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, o, Rusiya və Ukrayna hakimiyyətinin münaqişənin həlli üçün saziş imzalayacağına əmindir.

Donald Tramp Vladimir Putinin “verdiyi sözdən dönməyəcəyinə” əmin olduğunu bildirib

 O, jurnalistlərin Rusiya Prezidenti ilə münasibətlərinin “aşağı səviyyədə” olub-olmaması ilə bağlı sualına da mənfi cavab verib.

“Əgər onların ayaqlarını sürüklədiklərini düşünsəm, bundan məmnun olmayacağam”, - Donald Tramp əlavə edib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinə son qoymaq məsələsində də “psixoloji son tarix” var.
Məlumat üçün bildirək ki, martın 30-da Donald Tramp bildirib ki, Moskvanın günahı üzündən münaqişənin həlli uğursuz olarsa, o, Rusiyadan neftə ikinci dərəcəli rüsumlar tətbiq edəcək. O, tariflərin 50%-ə qədər məbləğdə tətbiq ediləcəyini və Rusiya yanacağını alan şirkətlərin ABŞ-də bizneslə məşğul ola bilməyəcəyini vurğulayıb.