İtaliya nəhəngi Gürcüstanda yeni “Kvaratsxeliya” tapdı: 15 yaşı var

“Kolxeti”nin yarımmüdafiəçisi Andria Bartişvili karyerasını İtaliyada davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Mənbənin sözlərinə görə, 15 yaşlı gürcü ilə “Yuventus” maraqlanır. Turin klubu Bartişvilini yeni Xviça Kvaratsxeliya kimi görür. Onun potnesialı PSJ-də çıxış edən Gürcüstan futbolunun və millisinin lideri ilə müqayisə olunur.
Bartişvili 2025-ci ilin yanvarından “Kolxeti”nin ikinci komandasında çıxış edir. O, həmçinin Gürcüstanın U-17 yığmasının heyətində 4 oyunda 2 qol vurub.