Qazi Hacı Vəliyev saxlanıldı

Apr 1, 2025 - 12:08
Qazi Hacı Vəliyev saxlanıldı

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb.

AzToday.org APA-ya istinadla xəbər verir ki, o, barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb.
İstintaq hərəkətləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumatı təsdiqləyib.

Məlumata görə, Hacı Vəliyev əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub.

Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın "sədr"i kimi təqdim edirdi.