Azərbaycan “Qadın Sağlamlığı İndeksi”ndə 54-cü yerdə qərarlaşıb – Ölkələrin siyahısı

Apr 1, 2025 - 07:32
Azərbaycan “Qadın Sağlamlığı İndeksi”ndə 54-cü yerdə qərarlaşıb – Ölkələrin siyahısı

Mərkəzi ofisi ABŞ-də yerləşən “Hologic” şirkəti tərəfindən hazırlanan və hər il dərc olunan “Qadın Sağlamlığı İndeksi”nin (Global Women's Health Index) növbəti hesabatı açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan 141 ölkə arasında 54-cü yeri tutub.

Məlumat üçün bildirək ki, bu indeks qadınların sağlamlığını qiymətləndirmək üçün profilaktik tibbi xidmətlərə çıxış, emosional rifah, əsas ehtiyacların ödənilməsi və fərdi sağlamlıq göstəriciləri kimi amilləri nəzərə alır. 2023-cü ildə aparılan genişmiqyaslı sorğuda 146 000 qadın iştirak edib, nəticələr isə 2024-cü ildə təhlil olunub.

İndeksin nəticələrinə əsasən, ən yüksək göstəricilər Tayvan, Küveyt və Avstriyaya məxsusdur. İlk 10-luqda İsveçrə, Finlandiya, Almaniya, Sinqapur, Danimarka, Slovakiya və Lüksemburq da yer alıb.
Ən aşağı göstəricilər isə Əfqanıstan, Konqo, Syerra-Leone və Liberiyada qeydə alınıb.

Keçmiş SSRİ və region ölkələrinin nəticələri belə olub:

11-ci yer – Estoniya
12-ci yer – Qazaxıstan
24-cü yer – Latviya
33-cü yer – Özbəkistan
38-ci yer – Litva
48-ci yer – Qırğızıstan
51-ci yer – Rusiya
54-cü yer – Azərbaycan
55-ci yer – Tacikistan
72-ci yer – Gürcüstan
76-cı yer – Türkiyə
89-cu yer – Ermənistan
97-ci yer – İran
107-ci yer – Ukrayna

Qeyd edək ki, bu nəticələr qadın sağlamlığı sahəsində ölkələrin vəziyyətini əks etdirir və gələcək inkişaf üçün vacib göstəricilərdən biri hesab olunur.