Hesablama Palatası Ali Attestasiya Komissiyasında qanunsuzluqlar aşkarladı

Apr 15, 2025 - 12:10
Hesablama Palatası Ali Attestasiya Komissiyasında qanunsuzluqlar aşkarladı

Hesablama Palatasının 2023-cü ildə apardığı audit tədbirləri nəticəsində Prezident yanında Ali Attestasiya Komissiyasının (AKK) 2022-ci il üzrə maliyyə əməliyyatlarında əsassız ödənişlər müəyyən edilib.

Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, Komissiyada işçilərə 0,1 milyon manat hüquqi əsas olmadan mükafat və artıq əməkhaqqı ödənilib. Həmin vəsaitin dövlət büdcəsinə bərpası hazırkı tarixə qədər təmin olunmayıb.