Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycana rəsmi səfərə gəlib.
AzToday.org xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.