AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?..

Apr 15, 2025 - 18:04
AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?..

Rövşən Nəcəf: Danışılmış oyunlara getməməyi xahiş yox, tələb edirik...

Poliqon xəbər verir ki, aprelin 11-də AFFA-nın hesabat yığıncağında çox maraqlı və hətta cinayət mövzulu qalmaqal yaşanıb. AFFA-nın yığıncağında danışılmış oyunlarla bağlı məsələ müzakirəyə çıxarılıb. Bəzi iştirakçılar danışılmış oyunlardan və mərclırdən narahatlıqlarını ifadə ediblər və bundan sonra AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev klublardan xahiş edib ki, danışılmış oyunlara və mərcləri nəzarətdə saxlasınlar.

Sərxan Hacıyevin klublara belə qəribə xahişlə müraciət etməsi isə AFFA prezidenti Rövşən Nəcəfin xoşuna gəlməyib və AFFA prezidenti replika ilə çıxış edərək bildirib ki, danışılmış oyunlara getməməyi xahiş yox, tələb etmək lazımdır.

Doğrudan da Rövşən Nəcəfin bu replikası yerində səslənib və bəlkə də bu replika səslənməsəydi, AFFA rəsmisinin bu xahişi rəzalət kimi tarixə düşəcəkdi. Çünki danışılmış oyunların cinayət xarakteri daşıdığını nəzərə alarsaq, Sərxan Hacıyevin xahişi heç də yerinə düşmür. Belə çıxır ki, cinayət edən tərəfdən elədikləri cinayətləri nəzarətdə saxlamağı xahiş olunur və bu da absurddur.

Xatırladaq ki, AFFA-da danışılmış oyunların müzakirəyə çıxarılması da təsadüfi deyil. Məsələ ondadır ki, Primyer Liqa və mərclər UEFA-nın nəzarətində olduğuna görə, Azərbaycan Primyer Liqasında danışılmış oyunların “nəzarətdə saxlanılması” da artıq problemə çevrilib və AFFA-da cidanı çuvalda gizlətmək üçün hərəkətə keçib...

Qeyd edək ki, elə ötən həftə keçirilən oyunlarda 3 matçda oyunların danışıldığı açıq şəkildə hiss olundu. Onlardan biri “Turan Toviz”la “Sabah” arasındaa keçirilmiş oyun oldu. Birinci hissədə “Turan” “Sabah”a uduzsa da, hakim fasilədə “Sabah”ın futbolçusuna qırmızı vərəqə göstərib və ikinci hissədə “Turan Tovuz” 2-1 qalib gəlib. İkinci oyun “Sumqayıt”la “Şamaxı” kubları arasında keçirilən oyundur ki, “Sumqayıt” birinci hissə 1-0 üstünlüklə başa vursa da, ikinci hissədə isə “Şamaxı” iki qol vurub. Üçüncü danışılmış oyun isə “Neftçi” və “Zirə” arasında baş tutub. “Neftçi” birinci hissədə 2-0 öndə olsa da, matç 4-2 hesabı ilə “Zirə”nin xeyrinə bitib. Qeyd edək ki, bu üç oyunda “drob” əmsallar 60 mindən artıq olub və bu da dələduzluğun səviyyəsini açıq şəkildə göstərir.

Maraqlıdır ki, bir çox AFFA rəsmiləri bu tip cinayət xarakterli dələduzluqlara qarşı mübarizə aparmır, sadəcə danışılmış oyunları “nəzarətdə saxlamağa” çalışır. Bu da AFFA-nın vitse-prezidenti Sərxan Hacıyevin “xahişində” özünü təsdiq edir. Bu günə qədər AFFA-nın tarixində hansısa danışılmış oyunun araıdırılması ilə bağlı heç bir nümunə də yoxdur...

İşin daha maraqlı tərəfi isə odur ki, danışılmış oyunları kim idarə edir? Açığı, dələduzluğun mərkəzləşdirilmiş şəkildə həyata keçirildiyini nəzərə alarsaq, ilk baxışda bunu edə biləcək iki qurum diqqəti cəlb edir. Onlardan biri elə AFFA-nın özü, digəri isə “Misli”dir. Ya da danışılmış oyunları AFFA “Misli” ilə birlikdə idarə edir...

Xatırladaq ki, “Milsi” və “Topaz” Azərbaycanda futbol mərclərinin rəsmi və monopolist dileri kimi çıxış edirlər və əslində bu iki mərc kontoru da bir əldən idarə olunur.

“Misli” həmçinin Azərbaycan primyerliqasının rəsmi sponsorudur və “Misli”nin sponsorluğu AFFA-nın hesabatında da keçir ki, bu barədə ikinci yazımızda...