ABŞ Təhsil Nazirliyi Harvarda ayrılan 2,2 milyard dollar qrantı dondurdu

Apr 15, 2025 - 12:01
ABŞ Təhsil Nazirliyi Harvarda ayrılan 2,2 milyard dollar qrantı dondurdu

Bazar ertəsi ABŞ Təhsil Nazirliyi Harvard Universitetinə ayrılan 2,2 milyard dollar qrantın dondurulduğunu elan edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə nazirlik yaydığı bəyanatda bildirib.

Nazirlik həmçinin, universitet üçün 60 milyon dollar dəyərindəki uzunmüddətli müqavilələrin dondurulduğunu qeyd edib.

Sənəddə qeyd olunur ki, buna səbəb Tramp administrasiyasının yəhudi tələbələri antisemitizmdən qorumaq üçün universitetin siyasətini dəyişdirmək tələbidir.

Qeyd edək ki, bundan əvvəl Amerika administrasiyasının Harvard Universitetinə ayrılan qrantları və bu elit ali təhsil müəssisəsi ilə təxminən 9 milyard dollarlıq müqavilələri nəzərdən keçirmək niyyətində olduğu bildirilmişdi.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında Amerikanın Anti-Diffamasiya Liqası (ADL) insan hüquqları təşkilatı 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra Birləşmiş Ştatlarda antisemit hadisələrin sayının bir il ərzində 200%-dən çox artdığını bildirib. ADL-in məlumatına görə, ABŞ-də 7 oktyabr 2023-cü ildən 24 sentyabr 2024-cü ilə qədər təxminən 10 min antisemit hadisə baş verib. Məlumata görə, 1200 hadisə universitet şəhərciklərində baş verib.