Azərbaycanda doğum səviyyəsi tarixi minimuma düşdü

Apr 15, 2025 - 12:46
Azərbaycanda doğum səviyyəsi tarixi minimuma düşdü

Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15 min 971 doğulan körpə qeydə alınıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən bu göstərici azalaraq 10,2-dən 9,7-yə enib.

Məlumat üçün bildirək ki, daha əvvəl Azərbaycanda doğum səviyyəsi heç vaxt bu qədər aşağı olmayıb. İndiyə qədər qeydə alınmış ən aşağı doğum göstəricisi 1943-cü ildə və bir də ötən il – 2024-cü ildə olub. 1943-cü ildə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 10,2, 2024-cü ildə isə 10 təşkil edib.

Ən yüksək doğum səviyyəsi isə 1960-cı ildə qeydə alınıb. Həmin il əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 42,6 olub.