ABŞ-də Trampı öldürməklə hədələyən şəxs həbs edildi

Apr 12, 2025 - 10:37
ABŞ-də Trampı öldürməklə hədələyən şəxs həbs edildi

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Donald Trampı və ABŞ rəsmilərini öldürməklə hədələyən Pensilvaniya sakini Şon Monper Batleri həbs edib.

Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

FTB agentləri müəyyən ediblər ki, 32 yaşlı Monper yanvarın 15-dən aprelin 5-dək “YouTube”da Trampa, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska, həmçinin ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşlarına və “Trampın təyin etdiyi bütün agentlik rəhbərlərinə” qarşı hədələr yazıb.

Araşdırma zamanı məlum olub ki, yanvarın 20-də Trampın andiçmə mərasimindən az sonra Monper odlu silah alıb. Mart ayında o, “YouTube”da kütləvi atışma həyata keçirmək niyyətində olduğunu bildirən şərh yazıb.
Monper aprelin 9-da həbs edilib. O, dörd maddə ilə ittiham olunur.(yeniavaz.com)