“Barselona”nın “Kamp Nou”ya qayıdacağı tarix məlum oldu

Apr 15, 2025 - 12:09
“Barselona”nın “Kamp Nou”ya qayıdacağı tarix məlum oldu

Kataloniya “Barselona”sının “Kamp Nou” stadionuna qayıdacağı tarix açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Onze Mondial” jurnalı məlumat yayıb.

Məlumata görə, klub “Kamp Nou”nun yenidən qurulmasının nəhayət sentyabrda başa çatacağını gözləyir.
Qeyd edək ki, “Barselona” İspaniya çempionatının turnir cədvəlində birincidir. Hazırda Hans Diter Flikin komandasının 70 xalı var və “Real”dan 4 xal irəlidədir.

Növbəti matçda “Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Borussiya Dortmund”la qarşılaşacaq.

Xatırladaq ki, ilk oyun kataloniyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.