Putin Moskvada Əliyev və Paşinyanla görüşəcək

Apr 11, 2025 - 11:36
Putin Moskvada Əliyev və Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qızıl Meydanda keçiriləcək illik paraddan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Rusiya dairələrindən qəzetə verilən məlumata görə, may bayramlarından sonra Azərbaycan və Ermənistanın Alma-Atada sülh sənədi imzalayacağı gözlənilir.

“Joxovurd” qəzeti bu məlumatı Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanla dəqiqləşdirmək istəyib. Ancaq o, qəzetin sorğusuna cavab verməkdən imtina edib”, - deyə nəşr yazıb.