Suraxanı rayonunda qanunsuz tikinti - İcazəni icra hakimiyyəti verib? - VİDEO

Apr 15, 2025 - 19:32
Suraxanı rayonunda qanunsuz tikinti - İcazəni icra hakimiyyəti verib? - VİDEO

 Bakıda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan aparılan qanunsuz tikinti işlərinin sayı artmaqdadır. 
 
AzToday.org AzFakt.com-a istinadla xəbər verir ki, belə qanunsuz tikintilərdən biri də Suraxanı rayonunda aparılır. 
 
Sözügedən qanunsuz tikinti Suraxanı rayonunun Hövsan şossesində mallların saxlanılma anbarı inşa edilir.
 
Hazırda inşa edilən anbarın tikintisi üçün dövlət qurumlarından hər hansı bir rəsmi icazənin olmadığı bildirlir.
 
Əldə etdiyimiz məlumata görə sürətlə inşa edilən tikintiyə Əziz adlı şəxs rəhərlik edir. 

Bildirilir ki, qanunsuz tikintiyə "icazə" Suraxanı rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən verilib.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxektura Komitəsindən mövqe öyrənə bilmədik.

Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.