“Azərbaycanla sülh sazişini imzalamağa hazıram” – Paşinyan

Mar 19, 2025 - 17:42
“Azərbaycanla sülh sazişini imzalamağa hazıram” – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmış mətnini imzalamağa hazır olduğunu bildirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.

“Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən bu sənədi imzalamağa hazıram”, - Paşinyan qeyd edib.