Ronaldu millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi tarixə düşüb

Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldu millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi futbol tarixinə düşüb.
40 yaşlı hücumçu bunu ötən gün UEFA Millətlər Liqasının 1/4 finalında Portuqaliyanın Danimarkaya qarşı cavab matçında həyata keçirib.
Hücumçu görüşün 6 və 72-ci dəqiqələrində fərqlənib. Bu oyundan sonra K.Ronaldu karyerası ərzində vurduğu qolların sayını 929-a çatdırıb. O, Portuqaliya millisində 136 dəfə fərqlənib.
Qeyd edək ki, əlavə vaxta qədər uzanan qarşılaşma Portuqaliya yığmasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.