Borclularla bağlı yeni qayda gəlir

May 16, 2025 - 14:22
Borclularla bağlı yeni qayda gəlir

Borcluların ölkədən getmək hüququ yeni qaydada müvəqqəti məhdudlaşdırılacaq.

AzToday.org APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcra haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.